Neftçalada avtomobil qəzası baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata əsasən, rayon ərazisində “Mercedes” və “Kia” markalı iki minik avtomobili toqquşub. Nəticədə, "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.